Səlim Müslümov deputatlara söz verdi

Səlim Müslümov deputatlara söz verdi
Bütün Xəbərlər
17:01 30.11.2012
1057
Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edərək, deputatların qaldırdığı bankomat çatışmazlığı məsələsinə münasibət bildirib. 
DSMF sədri parlamentin ötən sessiyasında millət vəkili Azay Quliyevin bankomatların azlığı ilə bağlı çıxışına toxunaraq, gələn il  ölkəyə yeni bankomatların gətiriləcəyəni vurğulayıb.
S.Müslümov bildirib ki,  2013-cü ildə 30 yeni bankomat və həmçinin 2 səyyari bank da gətiriləcək.
“Gələn il bankomatların sayı artırılacaq ki, bu sahədə problemlər aradan qaldırılsın. Hesab edirəm ki, qaldırılan məsələlər öz həllini tapacaq”, -deyə DSMF sədri qeyd edib.
Modern.az
OXŞAR XƏBƏRLƏR