Səlim Müslümov DSMF-ni geri alır - İki dövət qurumu birləşdiriləcək...

Səlim Müslümov DSMF-ni geri alır - İki dövət qurumu birləşdiriləcək...
Bütün Xəbərlər
17:48 15.12.2015
6522

Yanvarda DSMF ilə ƏƏSMN vahid qurum altında fəaliyyət göstərəcək, yeni nazir isə Səlim Müslümovun olacağı gözlənilir Ötən gün dövlət başçısının fərmanı ilə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bazasında iki ayrı xidmət yaradıldı. Həmin fərmana əsasən Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri formalaşdırılıb. Lakin hökumət prosesi bununla yekunlaşdırmaq fikrində deyil. Yanvar ayından etibarən daha bir islahat gerçəkləşəcək. Həmin islahata əsasən yeni ildən etibarən Dövlət Sosial Müdafiə Fonduyla (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMM) birləşdiriləcək. Mənbə bildirir ki, hökumətin ilk planında bu birləşmə üç nazirliyin əsasında reallaşdırılmalıydı. Üçüncü nazirlik isə Səhiyyə Nazirliyi hesab olunurdu. Lakin mütəxəssislər bu birləşmənin ciddi problemlər yaradacağını düşündüklərindən prosesi dayandırmalı olublar. Yəni, Səhiyyə Nazirliyinin əvvəlki statusda fəaliyyət göstərməsini məqbul hesab ediblər. DSMF və ƏƏSMN-in birləşməsindən sonra yeni yaradılacaq qurumun rəhbərinin kimliyi də dəqiqləşib. Mənbə xəbər verir ki, Səlim Müslümov yeni qurumun rəhbəri olacaq. DSMF-nin hazırkı sədri Elman Mehdiyev isə başqa bir vəzifəyə keçiriləcək. Onun da nazir statusu alacağı istisna edilmir. (jam.az)

OXŞAR XƏBƏRLƏR