Səlim Müslümovun Cəlilabaddakı kadrı Mirağa Salmanov xalqa “qan qusdurur”.
Bu gün AZXEBER.COM portalının elektron ünvanına, özünü Sabirabad sakini kimi təqdim edən oxucumuzdan Cəlilabad DSMF-nin müdiri Mirağa Salmanovun korrupsiya əməlləri ilə bağlı şikayət məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik:
“Artıq iki ildən çoxdur ki, qızımın evinə sosial yardım almaq üçün müraciət edirəm. Hər dəfə müxtəlif bəhanələrlə get-gələ salırlar, işi uzadırlar. Son dəfə möhtərəm Prezidentimiz İlham Əliyevə müraciət edəndən sonra məsələmizə baxıldı, qərara alındı ki, bu ilin iyulunda yoluna qoyulacaq. İndi ƏƏSMM Cəlilabad şöbəsi deyir ki, gedin DSMF-dən sosial sığorta şəhadətnaməsi alın gətirin. DSMF Cəlilabad rayon şöbəsinin müdiri Mirağa Salmanov isə bizə leksiya söyləir. Deyir ki, gedin 1 ilin sığorta pulunu gətirin mənə verin, şəhadətnamə kartınızı verim. Hesablayıb bizə deyir ki, 400 manat pul verməlisiniz. Bu qədər pulu hardan tapıb verək, bilmirik. Demək belə çıxır ki, mən bankdan kredit götürüb bu yoldaşa verməliyəm ki, nədi-nədi mənə 6 aydan sonra 30-40 manat yardım veriləcək?! Bu biabırçılığa son qoyun!
Hələ məsələ bununla da bitmir. Qızımın evinə başqa kənddən gəlin gəlib. Mirağa deyir ki, o gəlinin evindən də gəlib bizə pul köçürməlidirlər və sığorta kartları olmalıdır. Yəni o ev də gətirib 400 manat Mirağaya peşkəş eləməlidir, yoxsa Mirağa bizə sığorta kartı verməyəcək. Məsələ bununla da bitsəydi nə vardı ki?! O evə də gəlin başqa yerdən gəlib, deməli həmin kənddəki ailə də gətirib Mirağa ayrıca xərac ödəməlidir. Qalmışıq odla suyun arasında, DSMF müdiri Mirağa Salmanovun əməllərindən baş aça bilmirik. Quyruq quyruğa bağlanıb gedir, Mirağa Salmanov özünəməxsus piramida sistemi qurub bizi ələ salır.
Nəyə görə uzun müddətdir ki, bu adam rayon camaatının başına olmazın oyunlar açır, amma heç bir reaksiya verilmir? Nəzərinizə çatdırmaq istəyirəm ki, Mirağa Salmanov 90-cı illərdə silahlı dəstənin üzvü idi, adamların evinə girib qızılını, pulunu ələ keçirməklə məşğul idi. Həmin apardığı qızılların hesabına bu gün özünə şərait yaradıb, indi də DSMF-ni dağıdır. Necə oldu ki, bezpredel bandanın opşakı birdən birə qanun keşikçisi oldu? Heydər Əliyevin qatı düşməni olan AXCP radikal qanadının üzvü idi. Onun 90-cı illərdə törətdiyi cinayətlər, camaatın başına gətirdiyi əməllər barədə bütün rayon camaatı məlumatlıdır, amma təəssüf ki dövlətimiz bunları diqqətsiz buraxıb. O sosial yardım sisteminə soxulmağa necə imkan tapıb, bunu aydınlaşdırmağınızı, rayonun yazıq camaatının onun əməllərindən, hiylələrindən qurtarmağınızı bir ağsaqqal kimi sizdən xahiş edirəm. Yalan deyir, sığorta şəhadətnamələri hamısı onun otağındadır, şkafa yığb, sadəcə camaatdan pul alaraq həmin şəhadətnamələri özlərinə verir. Xahiş edirəm bununla əlaqdər cinayət işi açasınız və araşdırasınız.
Xahiş edirəm ki, DSMF cəlilabad rayon şöbəsini yerli-dibli yoxlayasınız. Müvafiq dövlət orqanlarından onu da xahiş edirəm ki, bu idarədə kimlərin və hansı əsaslarla işləməsini də yoxlasınlar. Mirağa DSMF Cəlilabad rayon şöbəsinə öz yaxın qohumlarını yığaraq qruppirovka yaradıb. Bu idarədə seyid əlindən tərpənmək mümkün deyil, amma nədənsə düzgünlük, halallıq adlı şey yoxdur. Müxtəlif variantlar quraraq süründürməçilik yaradır, əhalini soyub talamaqla məşğul olurlar. Rayonda ali savadlı, əli diplomlu, tərbiyəli-qanacaqlı ailədən olan cavanlar iş tapa bilmədiyi halda, Mirağa Salmanov diplomsuz qardaşı oğlunu, bacısı oğlunu burda işə qoyub. DSMF onun şəxsi malikanəsidir, ya dövlət idarəsidir, baş açmaq olmur. Camaata deyir ki, mənə ağa deyin, mən seyidəm, sizin ağanızam. Hətta işçilər də burda ona qorxusundan “müəllim” yox, “ağa” deyə müraciət edirlər, o bundan həzz alır. DSMF-ni orta əsrlər bəy-xan mülkinə döndərib. İçəri girən kimi görürsən hamı danışır, ağam belə gəldi, ağam elə getdi, Mirağa müəllim deyən yoxdu, hamı ona ağa deyir. Əsl biabırçılıqdır, Heydər Əliyev dövlətçiliyinə belə şeylər yaraşmaz. Mirağa Salmanov rayonu quldarlıq quruluşuna qaytarıb. Biz hüquqi dövlətdə yaşayırıq, ya feodal dövlətində?! Bu gün Mirağa Salmanov yerli xalqa, biz zavallı cəlilabadlılara qurbanlıq qoyun kimi baxır, axırda Cəlilabadda sosial partlayış olacaq. Ona başa salın ki, DSMF sənin üçün ehsan malı deyil. Rayonu seyid zülmündən qurtarın, bu idarədə qanunsuz qərar tutan seyidlərin yerinə daha ləyaqətli, işini bilən adamlar gətirin.
Həsənov Azadxan Sərdar oğlu
Cəlilabad rayonu Ocaqlı kəndi
Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi cənab Səlim Müslümova Cəlilabad rayonu Qarazəncir kənd sakini İsgəndərov Amil Kəirimxan oğlu tərəfindən
Ərizə
Yazıb sizə bildirirəm ki, bibim oğlu Mehdiyev Rafiq Əlizadə oğlunun sosial yardımı ilə bağlı müraciət etmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 may 2012-ci il tarixli məktubuna əsasən, sosial sığrta şəhadətnaməsi tələb olunur. Həmin şəhadətnaməni DSMF-dən almalıyıq. Cəlilabadda ƏƏSMM-dən deyirlər ki, bu şəhadətnamənin verilməsi üçün 1 ayın, DSMF-də isə deyirlər 12 ayın pulunu köçürməlisiniz. Qalmışıq 2 seyid idarəsinin arasında. Get-gəllərdən bezmişik.
DSMF-yə dəfələrlə gedib-gəlməyimə baxmayaraq, həmin idarənin müdiri Mirağa Salmanovu çox vaxt iş yerində tapa bilmirik. Məlum olur ki, bu adam infarkt keçirib, hələ üstəlik şəkəri var, ona görə də işə vaxtı-vaxtında gələ bilmir. Qoca kişidirsə, qoy gedib evində otursun, xalqı niyə zülmə salır ki?! Mən 1-ci qrup əlilim, istər saat 11 radələrində, istərsə də günorta 2-3 radələrinə dəfələrlə getsəm də, Mirağa Salmanov iş yerində olmayıb. Tək mən deyiləm, çoxlu adam tanıyıram ki, ora gedib gəlirlər, Mirağanı işdə tapa bilmədiklərindən şikayətlənirlər. Vətəndaşlar saatlarla idarənin qabağında oturub onu gözləyirlər, uzaq kəndlərdən dəfələrlə hədər yerə yol ölçməli olurlar. O bu idarəni əsl bardağa çevirib, ürəyi istədiyi vaxt gəlib gedir. Xahiş edirik ki, bura bir fərli-başlı adam qoyun.
Belə bir başdansovdu adamın məsul vəzifədə otuzdurulması yolverilməzdir. Vətəndaşlarla kobud rəftar edir, söyüş söyür, qəbula gələn ağsaqqalı, qadını belə vecinə almır. Deyir ki mən rayonun ağasıyam, seyidəm, cəddim sizə görkəzər. Deyirsən hökumətə şikayət edəcəm, deyir Cəlilabadın hökuməti mənəm. Məhz onun nizam-intizamının olmaması nəticəsində iradənin sənədlərində qarma-qarışıqlıq yaranıb, adi sənədi gəlib soruşursan, günlərlə axtarırlar, tapa bilmirlər. Aşağıda birinci mərtəbədə öz bacısı oğlunu qanunsuz olaraq işə götürərək pul yığımı məsələsini ona tapşırıb. Ələddin Əzizovu fərdi uçot şöbəsinin işçisi ola-ola məhkəməyə göndərir, ordan stajların təsdiq olunmasına görə pul qazanmağa cəhd edir. Bu adam DSMF Cəlilabad şöbəsini arendaya götürüb pul qazanır, qanunçuluq ayaq altına atılıb tapdalanır.
Mirağa Salmanov öz naşılığı və pulgirliyi hesabına idarədə əsl hərc-mərclik yaradıb. Tez-tez işçilər arasında dava-dalaş düşür. Kağız-kuğuzlar bir-birinə qarışıb. Ürəyi istədiyi vaxt qanunsuz təyinatlar verir. Bacısı oğlu Nicatı da qanunsuz olaraq pul yığımı işinə qoyub, öz korrupsiya mexanizmini yaradıb. Daha bir yaxın qohumu seyid Mirbağırı da pulyığan sektorda işə götürüb. Camaatdan torpaq pulunu onlar alıb Mirağaya ötürürlər. Bir neçə ay qabaq Kərbəlaya getmişdi, indi də Haca hazırlaşır. Xahiş edirəm aydınlaşdırın, o bu pulları hardan gətirir? Bizim qanımızı içərək məhz həmin pulları qazanır, sonra gedib özünə həci titulu alır. Korrupsiya və rüşvətxorluq bu idarədə tüğyan edir, Müdir isə qanımızı içdiyi pulla savab qazanır, həci olur. Halbuki bu adam Xalq Cəbhəsinin üzvü olarkən əlində silah oğurluqla, talançılıqla məşğul idi. Öz qardaşı oğlu da həmin idarədə qanunsuz işləyir, adı gözətçi ola-ola fərdi uçotdakı işlərə soxulub. Bəs Ələddin Əzizov fərdi uçotun işçisi ola pensiya təyinatı şöbəsində necə işləyir? Ümumiyyətlə, bu idarədə yoxlanılmalıdır ki, işçilərin gördüyü iş, tutduğu status onların qanuni, sənəddəki işinə nə dərəcədə uyğun gəlir? Ştatdakı işlə faktiki iş uyğun gəlmir. Mirağa Salmanov bütün pul çıxan yerlərə öz adamlarını qoyub var-dövlət qazanmaq barədə düşünür, nəticədə biz qara camaat zülm çəkirik. Sığorta şəhadətnamələrini paylamır, yığıb otağına saxlayır, qəbula gələnlərdən tələb edir ki, həmin şəhadətnamə üçün ona 300-400 manat versinlər. Mirağa Salmanov oturub bu idarədə nəzir yığır, onun Azərbaycan qanunçuluğundan xəbəri yoxdur. Bu yaxınlarda ANS kanalından çəkib göstərdilər, Mirağanın sığorta şəhadətnamələri ilə bağlı törətdiyi maxniasiyalardan süjet verdilər, amma yenə də tədbir görülmədi. Sığorta şəhadənaməsini yığıb otağına, vermir, birinə deyir, 3 aylığın köçürməsini ver, birinə deyir 1 illiyini ver.
Rayon camaatı adından xahiş edirik ki, rayonu bu cür seyidlərin əlindən qurtarın. İdarəetmə sistemlərini onlardan təmizləyin. Xalq onlara nifrət edir və dövlətin reytinqi aşağı düşür.
İsgəndərov Amil Kərimxan oğlu
Cəlilabad rayonu Qarazəncir kəndi
P.S Mövzuyla bağlı qarşı tərəfin də fikrini portalda yayımlamağa hazırıq...