"Semaşko"da polislərlə mühafizəçilər arasında dava düşdü
Bütün Xəbərlər
19:37 14.11.2011
1864
Bakının Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Klinik Tibbi Mərkəzdə insident baş verib. Xəstəxananın baş həkimi Tərlan Bəbirov ANS PRESS-ə açıqlamasında olayın bu gün saat 12:00 radələrində baş verdiyini bildirib. “10 nəfər adam xəstələrin yanına keçmək istəyib. Bizim mühafizəçilər onlara bildirib ki, xəstəxanada görüş vaxtı saat 17:00-dan 20:00-dək nəzərdə tutulub. Lakin onlar buna əhəmiyyət verməyib və zorla içəri daxil olmağa cəhd edib”, - deyə o vurğulayıb.T. Bəbirovun sözlərinə görə, sonradan mübahisə davaya çevrilib. Hadisə yerinə polis çağrılıb və məsələyə aydınlıq gətirilib. Məlum olub ki, dava salan adamlar polis işçiləri olub. Onların arasında mübahisənin baş verməsinə səbəb polislərin iş yoldaşlarının yanına keçmək istəmələri olub.