Səməd Seyidov: "Ermənistan danışıqlardan qaçır"

Səməd Seyidov: "Ermənistan danışıqlardan qaçır"
Bütün Xəbərlər
13:53 10.12.2011
1186
“Azərbaycan öz beynəlxalq öhdəliklərindən heç vaxt imtina etməyib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara ciddi proses kimi yanaşır”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. O, təəssüflə qeyd edib ki, işğalçı Ermənistan tərəf bu danışıqlardan nəinki imtina edir, hətta danışıqlardan qaçır: “Danışıqlarda iştirak edirsə belə, bu iştirak qeyri-konstruktiv olur. Buna çoxsaylı misallar gətirmək olar ki, Ermənistan tərəfi bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın təklif etdiyi bütün kontaktlardan qaçıb”.
OXŞAR XƏBƏRLƏR