Şəmkirdə 29 yaşlı gənc bıçaqlanıb

HADİSƏ
09:51 01.08.2021
283
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

AZXEBER.COM-un "Report"a istinadən verdiyi məlumatına görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Pərviz bıçaqlanıb. Onun həmyerlisi 1989-cu il təvəllüdlü Ələkbərov Nizami tərəfindən bıçaqlandığı ehtimal edilir.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis şöbəsinə aparılıb.

Bildirilir ki, həmin şəxslər yeyib-içdikdən sonra içkili vəziyyətdə mübahisə ediblər. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR