Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb
SOSİAL
21:10 23.07.2023
158

Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kənd yolunda qeydə alınıb.

"VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, 2004-cü il təvəllüdlü K.Abbasov, 2003-cü il təvəllüdlü İ.Qasımov, 2005-ci il təvəllüdlü E.Həsənov və 2001-ci il təvəllüdlü İ.Əmirxanov xəsarət alıb.

Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR