Xəsarət alanlar arasında jurnalistlər də olub
Şəmkirdə baş verən yol qəzasında 5 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.
AZXEBER.COM- un xəbərinə görə, bu barədə APA-ya hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, xəsarət alanlar arasında jurnalistlər də olub.
Hazırda ölənlərin və yaralananların adları dəqiqləşdirilir.
saat 10.02
Şəmkir rayonunda zəncirvari yol qəzası baş verib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.