Rayon mərkəzi və ətraf kəndlərdə elektrik enerjisinin verilişi məcburi qaydada dayandırılıb
Ötən gün axşam saatlarında Şəmkir rayon ərazisində müşahidə olunan güclü külək rayonun elektrik təsərrüfatında ciddi fəsadlar yaradıb.Rayon mərkəzi və ətraf kəndlərdə elektrik enerjisinin verilişi məcburi qaydada dayandırılıb. Enerji verilişi ancaq bu gün səhər saatlarında bərpa olunub.Bundan başqa, külək yanğına da səbəb olub. Belə ki, elektrik naqillərindəki qısaqapanma nəticəsində rayonun Qılıncbəyli kəndində İlham İsgəndərova məxsus fərdi yaşayış evinin həyətində olan 25 ton otun 15 tonu yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin köməyi ilə alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.(Trend)