Şəmkir rayonunda orta yaşlı kişinin meyiti aşkarlanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağdağlar adlanan ərazisində qeydə alınıb.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, meyitin itlər tərəfindən parçalandığı bildirilir. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.











































