Şəmkirdə partlayış baş verdi

Şəmkirdə partlayış baş verdi
SOSİAL
13:18 04.04.2016
1810
Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan Elnur Mehdiyevin evində təbii qazın sızmasından ani partlayış baş verib.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 3-də saat 08 radələrində Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan Elnur Mehdiyevin evində təbii qazın sızmasından ani partlayış baş verib.
Nəticədə evin qapı və pəncərə çərçivələri dağılıb, E.Mehdiyevin arvadı Günay xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR