Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR

Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR
SOSİAL
21:13 16.04.2026
272
Sabirabadda içərisində yeddi şagird olan mikroavtobus aşıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

Yeddi şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR