Şəmkirdə toyda dava: dostuna 5 bıçaq zərbəsi vurdu

Şəmkirdə toyda dava: dostuna 5 bıçaq zərbəsi vurdu
SOSİAL
10:46 11.09.2017
891

Şəmkir rayonunda toyda dava düşüb, yerli sakin dostu tərəfindən bıçaqlanıb.

Hadisə rayonun Müxtariyə kəndində baş verib. 

Belə ki, kənddə keçirilən toy mərasimi zamanı iki dost arasında mübahisə yaranıb. Bu zaman, kənd sakini, 1986-cı il təvəllüdlü Emin Mədədt oğlu Hüseynov 5 bıçaq zərbəsi alaraq ağır yaralanıb. 

 

O, xəstəxanaya yerləşdirilib və hazırda reanimasiya şöbəsində müalicə olunur.
Şəmkir Rayon Polis Şöbəsindən report-un yerli bürosuna bildirilib ki, baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR