Azərbaycanlı gənclər Sərxan Əliyev və Tural Əsgərov "Yetenek Sizsiniz Türkiyə"də iştirak ediblər
AZXEBER.COM Türkiyə mətbuatıan istinadən xəbər verir ki, Azərbaycanlı gənclər Sərxan Əliyev və Tural Əsgərov "Yetenek Sizsiniz Türkiyə"də iştirak ediblər.
Konservatoriyanın ikinci kurs tələbəsi olan S.Əliyev sazla "Kurtlar Vadisi" filmindən bir musiqi ifa edib. Ən maraqlı məqamlardan biri isə, ifanın sonuna yaxın isə adıçəkilən filmin qəhrəmanı Polad Alemdara (Necati Şaşmaz) bənzərliyi ilə diqqəti cəlb edən Tural Əsgərov səhnəyə çıxması olub.
Azərbaycanlı gənclər yarışmanın müsiflər heyətindən 4 "bəli" alaraq yarışın ikinci turuna vəsiqə qazanıblar.