'Sən kimə lazımsan, ay Əli Kərimli?!'

SİYASƏT
14:15 10.08.2013
2453

Görünən budur ki, artıq Əli Kərimli siyasi psixozun ən son mərhələsinə keçid alıb.

Beyni tamamən çönüb.

Hallusinasiya görür.Eynən alkaqolun son “etap”ında olan xəstələr kimi ehtimallarını, şübhələrini, reallıq kimi təqdim edir.AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Əli Kərimlinin bu gün verdiyi “təxribat açıqlaması”na münasibət bildirərkən söyləyib.Politoloq daha sonra davam edib:“AXCP sədri deyir ki, ailəmlə bərabər evdən çıxan kimi mənzilimə xüsusi öyrədilmiş adamlar girir və oğurluq etmədən nəsə axtarırlar. Və bu hal guya dəfələrlə təkrar olunubmuş. Absurddur deyilmi? Həm də lap yekəsindən! Və ya, düşünün, kim belə risk edər? Kim bu cür təhlükəni gözə alıb, bir başqasının mənzilinə girər?

Həm də günün günorta çağı, üstəgəl, seçki öncəsi? İqtidarın, ya da xüsusi xidmət orqanlarının işi-gücü qurtarıbmı ki, Əli Kərimlini güdsün? Nəyinə lazımdır Əli Kərimli onların? Bu insan niyə təkəbbürə qapılıb özünü bu qədər şişirtməyə, vacib persona kimi göstərməyə çalışır? Yoxsa cəmiyyəti də, xalqı da öz fanatları qismində görərək düşünür ki, havaya atdığı hər sözü qarşısındakına “yedirdə” biləcək?Həm də diqqət edin, bu şoular həmişə bəlli bir zaman aralığında həyata keçirilir. Və ya, əgər xatırlayırsınızsa, AXCP sədri “Evrovision” finalına bir gün qalarkən də təxminən bənzər formalı fantastik, “füsunkar”açıqlama verib hər kəsi nağıllar aləminə səyahətə dəvət etmişdi. O vaxtki sərsəmləmənin motivi isə bu idi ki, guya gecə saatlarından etibarən Kərimlinin qapısını kimsə durmadan döyüb, onu hədələyib və sair ilaxır..Ən sonda da bəlli oldu ki, gunorta vaxtı, cəmi bir dəfə, radikal müxalifətin keçirəcəyi qanunsuz mitinqlə əlaqədar, polisə yazılı dəvət çağırışı gəlibmiş. Vəssalam. Amma görün adam bunu kontekstdən və məğzdən çıxarıb haralara qədər yozmağı və təqdim etməyi bacarmışdı...Ya da hər şey bir yana, belə bir şübhə varsa Kərimli hüquq-mühafizə orqanlarına niyə müraciət eləmir? Bəlkə Baş Prokurorluğu “Azadlıq”qəzetinin redaksiyasına köçürüblər, ya da Natiq Güləhmədoğlu istintaq idarəsinin rəisi təyin olunub, xəbərimiz yoxdur?Ən nəhayət, çox maraqlıdır: Azərbaycanın müasir nağıl personajları olan Əlilər, Rüstəmlər, Eldarlar siyasi gündəmi oxşar sərgüzəştlərlə, məziyyətlərlə, şoularla hələ çoxmu bəzəyəcəklər görəsən? Bunlarda heçmi abır deyə bir şey qalmayıb? Və ya,biabırçılığın,rəzilliyin,özünü ifşanın da bir sərhədi olmalıdır, deyilmi?”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi