Rusiyanın paytaxtı Moskva şəhərində adıçəkilməyən qadının avtomobilindən miniatür oyuncaq at oğurlanıb. ANS PRESS-in “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, insident ötən gün gecə saat 03:00 radələrində Plyuşixa küçəsində qeydə alınıb. Avtomobil sahibi polisə zəng vuraraq avtomobilinə soxulmuş kişinin əlamətlərini söyləyib. Polis öz növbəsində bu əlamətlər əsasında oğrunu saxlayıb. Oğru isə 40 yaşlı erməni olub. 40 yaşlı erməninin bu hərəkəti yəqin ki, gözləniləndir. Həmin erməni kimdən nümunə götürəcəyini yaxşı bilir. Belə ki, oyuncaq at oğrusunun ölkəsi- Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını oğurlayıb. Ancaq hər bir oğurluqda olduğu kimi bu əməlin də sonu gəlib çatacaq.