Sənan Əlləz "Bu gün lütlər günüdür ancaq" dedi (ŞEİR)
KÖŞƏ
02:08 16.12.2011
7584
Nəzir qutusu Qanadı sınıqdı daş üstündədi Quş nədi elçi daşında Daş nədi elçi quşunda İnsan quşa bənzərmi heç Pul bənzədər sən darıxma Atanın öldüyü yaş üstündədi Qızın əksi baş daşında Daş nədi insan başında Başa daş qoyularmı heç Pul qoydurar sən heç darıxma Əldə yanar alov aş üstündədi Spirt yanır bəy aşında Bəy yekəsi əyyaşın da Əyyaşa qız gələrmi heç Pul gətirər sən darıxma Lüt-üryan rəqs edir şabaş üstündədi Namusu tapdanır bax şabaşın da Tapdanır isməti qara maşında Bu cür insan yaşarmı heç Pul yaşadar sən darıxma O quş yarasını pulla saracaq Ölünün Qur”anın pul tapşıracaq Əyyaşın eybini pul basdıracaq Lüt qız ləkəsini pulla yuyacaq O quş lüt qız idi elçi daşında Onun əksi idi məzar daşında Əyyaşa aldandı körpə yaşında Yad nəfəs hiss etdi qara maşında Vətən nəzir qutusuna çevrilərmi heç Pul çevirər sən darıxmaQaranlığın ortasında Bir gün bütün ruhlar da öləcək Bu gün ruhlar günüdü ancaq Bir gün günəş donacaq Bu gün qış yox ,yay olacaq, Bir gün bütün çaylar Hovuza axacaq Hovuz çay üçün tabut olacaq Bu gün ölüm günüdü ancaq İnsan kəfənlə doğulacaq Acgöz olmasın Düşmən Nankor Fahişə olmasın deyə Bu gün lütlər günüdü ancaq Sürünənlər uçacaq Quşlar quduracaq Dənizlər qaynayacaq Bax onda dünya Dünya olacaq Bu gün qaranlıq ortasında olacaq ancaqSƏNAN ƏLLƏZ