"Sənət adamının paxıllıq etməsi ucuzluqdur"

"Sənət adamının paxıllıq etməsi ucuzluqdur"
MAQAZİN
18:18 11.06.2026
185
Əməkdar artist Mətanət İsgəndərli sənət adamlarının mənəvi dünyasından danışıb.

AZXEBER.COM xəbər verir ki, müğənni bu barədə "Gün ortası” verilişində fikirlərini bölüşüb.

"Sənət adamı mənə görə başqa dünyanın insanı olmalıdır. Romantik olmalıdır, ruhu tamam fərqli olmalıdır. Çoxbilmişlik, paxıllıq ona yad olmalıdır. Öz mənəviyyatı, öz dünyası olmalıdır. Uşaq kimi saf olmalıdır, pislik bilməməlidir.

Mənim aləmimdə istedadlı sənət adamına paxıllıq hissi yad olmalıdır. Paxıllar bu sənətin insanı deyil. Mən onlara belə baxıram. Paxıllıq çox ucuz hissdir. Təmiz ruhdan gəlməyən heç nə insanın qəlbinə yol tapa bilməz.

Yaxşı rəqabət isə odur ki, gözəl bir musiqi eşidəndə ondan ilham alasan. Bu sənə həvəs versin. Amma yaxşı olduğunu bilə-bilə ona pis demək düzgün deyil” deyə, M.İsgəndərli bildirib.
OXŞAR XƏBƏRLƏR