Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

SİYASƏT
17:51 23.09.2021
1005

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

AZXEBER.COM xəbər verir ki, bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:06 26.10.2021

SOCAR prezidenti BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti ilə görüşdü - FOTO

13:03 26.10.2021

COVID-19 peyvəndi sonsuzluğa səbəb olur? - Hər kəsi düşündürən suala cavab

12:57 26.10.2021

Serdar Ortaçın konsertində dava düşdü - ANBAAN VİDEO

12:50 26.10.2021

Bakıda ana canlı yayıma çıxıb, 2 gözü görməyən övladından imtina etdi - VİDEO

12:29 26.10.2021

1075 il iş alan Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı - FOTO

12:22 26.10.2021

Azərbaycanda nə qədər narkoman var? - VİDEO

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO

11:57 26.10.2021

DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirdi

11:55 26.10.2021

"Squid Game" serialına baxan işçilər etiraza başladı: Haqqımızı verin

11:50 26.10.2021

Ərdoğan Azərbaycana yola düşüb

11:47 26.10.2021

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - AÇIQLAMA