Sentyabrın 3-də Bakıda 31 dərəcə isti olacaq

Sentyabrın 3-də Bakıda 31 dərəcə isti olacaq
Bütün Xəbərlər
15:20 02.09.2015
807

Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR