Katarakt

Sənubər İsgəndərli yenə TƏBİB-i tənqid etdi

MƏDƏNİYYƏT
10:47 06.05.2021
579
"Deyilənlərə görə, brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb-maraqlanmadığını bilmirəm. Soruşanda deyəcəklər ki, "vaxt var?” Bizdə onsuz da bir çoxlarının mədəniyyətə vaxtı və marağı yoxdur. Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar, onun yolunu gözləyən, sevən tamaşaçılar var”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Facebook” hesabında yazıb. Aktrisa TƏBİB-ə səslənərək teatrların açılmasını tələb edib:

"Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, teatr sənəti məhv olacaq. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz da bu mümkün deyil.

Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm ki, TƏBİB bunları nəzərə alacaq”.

OXŞAR XƏBƏRLƏR