SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb

SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
DÜNYA
22:52 10.10.2026
200
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib.

IRIB xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən, xam neft daşıyan supertanker elan edilmiş yüksək təhlükəli yolda dəniz minasına çırpılaraq şiddətli partlayışa məruz qalıb", - bəyanatda bildirilib.

Qeyd olunub ki, tanker naviqasiya və mövqe təyinetmə sistemlərini söndürüb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazının təhlükəsizlik və qaydalarını pozan hər bir tankerin aqibəti belə olacaq.
 
///report///

OXŞAR XƏBƏRLƏR