SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib
DÜNYA
23:26 13.10.2026
183
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir neft tankerini hücuma məruz qoyub.

Bu barədə ISNA SEPAH HDQ-yə istinadən məlumat yayıb.

"Bu gün günorta saatlarında izləmə sistemlərini söndürərək qadağan olunmuş zonadan keçməyə cəhd edən neft tankerində yanğın baş verib", - SEPAH-dan bildirilib.

Qeyd olunub ki, neft tankeri HDQ-nin müşahidə qrupları tərəfindən aşkar edilib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
 
///report///
OXŞAR XƏBƏRLƏR