İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Körfəzdə neft tankerini ələ keçirib.
Bu barədə "Fars” agentliyi məlumat yayıb.
Tankerin qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığına görə ələ keçirildiyi, gəmidə olan 6 nəfərin həbs olunduğu bildirilib.