Ermənistan ordusunda özbaşınalıq və ölüm hallarının artdığı bir vaxtda isə separatçı Dağlıq Qarabağ ermənilərinin lideri Bako Saakyan ABŞ-da “Pasific club”ın dəvəti ilə iştirak etdiyi tədbirdə xalqların öz müqəddaratını təyinetmə hüququndan danışıb. Bako Saakyanın çıxış etdiyi binanın qarşısında isə ABŞ-da yaşayan azərbaycanlı və türkiyəli fəallar etiraz aksiyası keçirib.
Amerika Azərbaycanlıları İcmasının üzvü Cavid Hüseynov ANS-ə bildirib ki, müstəqil təşkilatda ermənilər separatçı rejmin rəhbəri Bako Saakyanın görüşünü təşkil ediblər: "Onun çıxışdan sonra suallar veriləməyə başlandı. Biz orada təxminən 25 nəfərə kimi türk və azərbaycanlılardan ibarət piket təşkil etdik. Qondarma rejmin rəhbəri çıxışında öz xalqın müqəddaratını təyin etmə, eləcə də Kosovadan danışdı və BMT-nin bu ölkə bağlı qəbul etdiyi qərarın düzgün olmadığını dedi. Biz ona çıxışdan sonra “Qarabağın azərbaycanlı əhalisinin müqəddaratı necə olacaq?”, “ABŞ-a Ermənistan pasportu ilə daxil olub, lakin özünüzü necə Qarabağın prezidenti hesab edirsiniz” kimi suallar verdik”. // Ans Press