Separatçı rejim kəlbəcərlilərə cinayət işi açdı

Separatçı rejim kəlbəcərlilərə cinayət işi açdı
Bütün Xəbərlər
18:33 15.07.2014
1077

Dağlıq Qarabağdakı separatçı rejimin “prokurorluğu” “diversant” kimi təqdim etdikləri 2 Azərbaycan vətəndaşı haqqında cinayət işi başlandığını açıqlayıb. 

AZXEBER.COMAPA-ya istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Şaumyan rayonu ərazisində keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları – 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərov yaxalanıb.

“news.am” saytının məlumatında iddia olunur ki, Ş. Quliyevin üzərindən “AKMS” avtomatı, “PM” tapançası, iki ədəd “F-1” qumbarası, bu silahlar üçün səsboğucular və digər sursat, D. Əsgərovun üzərindən isə “AKMS” avtomatı, “PM” tapançası, səsboğucular və digər sursat aşkarlanıb. Əməliyyat zamanı üçüncü şəxsin müqavimət göstərdiyi və öldürüldüyü xəbər verilir.       

 

OXŞAR XƏBƏRLƏR