Serbiya prezidenti hamıdan əvvəl Rusiya peyvəndini vurdurmaq istəyir

DÜNYA
19:32 11.08.2020
643

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın COVID-19 əleyhinə peyvəndini ilk qəbul edən şəxs olmağa hazırdır.

Rg.ru xəbər verir ki, bu barədə Serbiya başçısı jurnalistlərə Rusiyada dünyada ilk dəfə koronavirusa qarşı peyvəndin qeydiyyata alınmasına münasibət bildirdiyi zaman deyib:

 

"Serbiyalı mütəxəssislər bunun yaxşı olduğunu deyəndə ilk mən peyvənd olacağam. Ruslar noyabr ayından əvvəl gözlənilən peyvəndi istehsal etdikləri üçün çox xoşbəxtəm. Yalnız mütəxəssislərimiz bunun təhlükəsiz və etibarlı olduğunu təsdiqləməlidirlər”.

O, əlavə edib ki, peyvənd Serbiya iqtisadiyyatı üçün əsl qurtuluş olacaq.

OXŞAR XƏBƏRLƏR

X Mostbet