Serbiya şirkəti Azərbaycanda tərəfdaş axtarır

Serbiya şirkəti Azərbaycanda tərəfdaş axtarır
İQTİSADİYYAT
13:51 03.08.2012
2283
Hidravlik və pnevmatik silindrlərin istehsalı üzrə ixtisaslaşmış Serbiyanın «DVA-D-Production DOO» şirkəti Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-ECONOMICS»ə verilən məlumata görə, hidravlik və pnevmatik silindrlərin istehsalı üzrə ixtisaslaşmış sözügedən şirkət öz məhsullarının Azərbaycan bazarında satışını təmin etmək üçün yerli tərəfdaş tapmaq marağındadır. Bu şirkətlə əməkdaşlıq etmək istəyənlər Azpromo-ya müraciət edə bilər. Əlaqə telefonu: (+994 12) 598-01-47/48.
OXŞAR XƏBƏRLƏR