Serbiyalı gənclər "İrəli"də oldular

GƏNCLİK
15:36 18.11.2011
1490

16 noyabr 2011-ci il tarixində Serbiyalı gənclərdən ibarət nümayəndə heyətinin üzvləri: Smiljka Jivanoviç, Noni Pazar, Ana-Maria Simonoviç, Vesna Zivkoviç, Aleksandar Borisavljeviç və Violeta Stevoviç “İrəli” İctimai Birliyinin qonağı olmuşlar. 

AZXEBER.COM-un məlumatına görə, “İrəli” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev ilk öncə qonaqları mərkəzlə tanış etmişdir. Görüş sonra “İrəli” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, beynəlxalq əlaqələr üzrə katib Cavid Osmanlı, təhsil müəssisələri ilə iş üzrə katib Azər Abdullayev, insan resursları ilə iş üzrə katib Elsanə Babaşova, layihələr və korporativ sektorla əlaqələr üzrə katib Azər Məhərrəmov, mətbuat katibi Vəfa Rüstəmova və təşkilatın layihələr üzrə koordinatoru Sevinc Sultanzadənin də iştirak etdiyi dəyirmi masa ətrafında davam etmişdir.

Daha sonra qonaqlara “İrəli” İctimai Birliyinin fəaliyyətini özündə əks etdirən təqdimat nümayiş olunmuşdur. Qonaqlar təşkilatın fəaliyyətini yüksək qiymətləndirmiş, gələcəkdə ortaq layihələr həyata keçirmək niyyətində olduqlarını bildirmişlər. Xüsusilə “Məktəb Parlamenti” layihəsi ilə maraqlanan qonaqlar iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyini vurğulamışlar. Qarşılıqlı diskussiya şəklində davam edən görüşün sonunda “İrəli” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev də öz növbəsində qonaqlara təşkilat adından “Azərbaycanı tanı” kitabını qonaqlara hədiyyə etmişdir. Qonaqlar da öz növbəsində “İrəli” İctimai Birliyinə Serbiyanı tərənnüm edən simvolik hədiyyə təqdim etmişlər.

OXŞAR XƏBƏRLƏR