Serbiyanın ali mükafatı Vaqif Mustafayeva təqdim olunacaq

Serbiyanın ali mükafatı Vaqif Mustafayeva təqdim olunacaq
MEDİA
15:00 15.02.2014
1304

Serbiya səfirliyində keçirilən mətbuat konfransında Serbiya səfiri Zoran Vayoviç qeyd edib ki, son zamanlar Azərbaycanla Serbiya arasında kinomatoqrafiya sahəsində əlaqələrin daha da genişlənməsində xüsusilə Azərbaycanın görkəmli rejissoru, xalq artisti Vaqif Mustafayevin xidmətləri xüsusi qeyd olunmalıdır. 

Belə ki, Vaqif Mustafayevin filmləri Serbiyada böyük maraqla izlənilir və sevilir. Həmçinin Serbiyadan olan aktyorlar hazırda Azərbaycanın tanınmış kinorejissoru Vaqif Mustafayevin layihəlırində iştirak edirlər. Serbiya prezidenti Nikoliçanın qərarı ilə 2013-cü il sentyabrın 2-də Space telekanalının prezidenti Azərbaycanın dövlət mükafatı laureatlı rejissoru Vaqif Mustafayev Azərbaycan və Serbiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli Serbiya bayrağı mükafatına layiq görülüb. 

Vaqif Mustafayev həmçinin Serbiya respublikası İncəsənət Akademiyasının mükafatına layiq görülüb. Mükafatın təqdimetmə mərasimi fevralın 17-də Serbiyanın müstəqillik günündə təntənəli şəkildə baş tutacaq.

OXŞAR XƏBƏRLƏR