İrandan Azərbaycana gələn şəxsdə soyuq silah aşkarlanıb.AZXEBER.COM-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Astara Gömrük İdarəsində İrandan piyada yolla Azərbaycana gələn Pərviz Şabanovun əl yüklərinə “Heyman Sistem” rentgen aparatında baxış keçirilib. Bu zaman həmin vətəndaşın çamadanından gömrük nəzarəti zamanı bəyan etmədiyi, təqribi uzunluğu 30 sm olan və “Kalaşnikov” konstruksiyalı avtomat silahın komplekt hissəsinə aid - bir tərəfi kəsici, ucu batıcı xassəyə malik süngü-bıçaq aşkar olunub.