Səriyyə qalmaqalı böyüyür, BDU isə hələ də susur

Səriyyə qalmaqalı böyüyür, BDU isə hələ də susur
Bütün Xəbərlər
20:33 14.12.2011
6012
Rusiyanın “Afişa” jurnalı postsovet respublikalarının 20 yaşlı vətəndaşları - müstəqilliyin həmyaşıdları ilə layihə həyata keçirib. Layihənin məqsədi SSRİ adlı imperiyanı heç vaxt görməmiş gənclərin dünyaya necə baxdıqlarını öyrənmək olub. Əslində, maraqlı ideyadır. Amma gərək layihə iştirakçıları da maraqlı seçilə, ən azı normal dünyagörüşünə malik respondentlər ola. Bir çox ölkələrdən seçilən respondentlər bu meyarlara cavab versə də, Azərbaycan istisnadır. Azərbaycandan 20 yaşlı Səriyyə Əliyeva seçilib. Jurnalın yazdığına görə, Səriyyə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil alır. Atası mühəndis, anası ev qadınıdır. Səriyyə Əliyeva söhbətinə normal başlayır, Dağlıq Qarabağın işğal edildiyindən danışır, ata-anasının söhbətlərinə əsasən 20 Yanvar faciəsindən danışır və s. Bunun ardınca BDU-nun tələbəsi kimi təqdim olunan qız kasad dünyagörüşünü işə salır. “Bu müharibədən sonra ermənilərin çoxu getdilər. Şəhər boşaldı, boş yerləri isə kəndlərdən olan, kənd təfəkkürünə malik adamlar tutdular. Məsələn, anam xatırlayır ki, müharibəyə qədər qızın gənc oğlanla görüşməsi normal hadisə idi. Müharibədən sonra isə bu, qeyri-təbii hesab olunmağa başladı”, - Səriyyə Əliyva deyir. Hələ bu harasıdır… 20 yaşlı qızın yaşından və başından böyük sözləri bununla bitmir. O, Bakını Azərbaycan və rus bölmələrinə (yəqin ki, rusdilli və azərbaycandilliləri nəzərdə tutur) bölür, bu bölmələr arasındakı fərqin böyük olduğunu deyir. Onun sözlərinə görə, ailəsi rus bölməsinə aiddir. “Görürük ki, Azərbaycan bölməsindən olan qızlar özlərinə baxmırlar, əziyyət çəkirlər. Onların bir çoxu oxumurlar, evdə otururlar və ərə olduqca tez gedirlər”, - deyən Səriyyə Əliyeva azərbaycandilliləri hicab taxmaqda qınayır. Onun fikrincə, rusdillilər daha qabaqcıldırlar. Qız kasad təfəkkürü ilə bu “qabaqcıllığı” görün nə ilə izah edir. Sən demə, qızlar hələ üçüncü sinifdə ozuyanda bilməkləri lazım olmayan şeyləri - bədənin anatomik quruluşunu bildirlər. Səriyyə üçün qabaqcıllıq budur. Onun sözlərinə görə, klub və kafelərdə yalnız rus bölməsindən olan qızları görmək mümkündür. Müsahibəsini atası da oxuyacaq qız daha sonra sevgilisindən danışır. Deyir ki, oğlan universitet tələbəsidir, müstəqildir və 16 yaşından işləyir. Nə qədər qəribə olsa da, Səriyyənin sevgilisi, evlənmək istədiyini dediyi oğlan azərbaycandillidir. Səriyyənin ata-anasından eşitdikləri nağıllar və öz təfəkkürü çərçivəsində çıxardığı nəticələr bununla bitmir. O, nənəsindən də danışır. Sən demə, onun nənəsi Azərbaycan telekanallarına baxanda dəhşətə gəlir və nəvəsindən orada nə danışıldığını soruşur. Kifayət qədər normaldır. Əslində, belə bir ailədən səriyyələrin çıxması gözləniləndir. Nə isə… Ən böyük problem Səriyyənin dedikləri, onun mühəndis atasının və evdar anasının, Azərbaycan dilindən hürkən nənəsinin öyrətdikləri yox, Azərbaycanda belə gənclərin mövcudluğudur. Onlardan birini “Afişa” üzə çıxartdı və bizə tanıtdı. Gənclərin arasında hələ nə qədər səriyyələr var. Yuxarıda xatırlatdığımız kimi, Səriyyə BDU-da təhsil aldığını bildirib. Gələcəyin diplomatıdır. Ola bilər ki, bir neçə ildən sonra onu Azərbaycanın hansısa diplomatik nümayəndəliyində görək. Fəlakət odur ki, Azərbaycanın maraqlarını belələri müdafiə edəcək. Azərbaycanın təhsil sisteminin hazırladığı kadrlar bunlardırmı? Hər il təhsil sahəsinə artımla ayrılan vəsaitdən səyyarələrmi yararlanır? Vergilər, ölkənin sərvətləri hesabına formalaşan büdcədən bunlaramı investisiya qoyulur? Çox heyif… Amma ortaya başqa maraqlı məqamlar da çıxıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, BDU-ya Səriyyə Əliyeva adlı adam qəbul olunmayıb. O, çox sevdiyi rus bölməsinə sənədlərini verib. Amma nənəsinin qorxduğu Azərbaycan dilindən imtahan verməli olub və imtahana gəlməyib. Beləliklə, Səriyyə Əliyeva TQDK-nın xətti ilə tələbə adını qazanmayıb. Onda sual yaranır: əgər Səriyyə Əliyeva tələbədirsə, o zaman BDU-ya hansı yolla qəbul olunub? Daha bir sual: əgər Səriyyə Əliyeva BDU-nun tələbəsi deyilsə, onda ölkənin ən böyük ali məktəbi Rusiya mətbuatında yayılan yalan məlumatı niyə təkzib etmir? Səriyyə Əliyeva TQDK-nın xətti ilə yox, başqa yollarla BDU-ya yol tapıbsa, bu, hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu məsələdir. Deməli, ortada bir cinayət var. Kimsə Səriyyə Əliyevanı əyri yollarla BDU auditoriyalarına qədər aparıb çıxarıb. Bir şey də maraqlıdır. Qızlarının danışdıqlarını oxuyan mühəndis ata, evdar ana hansı hisləri keçirib? Səriyyə ilə fəxrmi ediblər, yoxsa belə qız yetişdirdiklərinə görə utanıblar? Bizcə, utanmağa dəyər. Çünki 20 ildir böyütdükləri qızlarını ölkəsi üçün yararlı vətəndaşa çevirə bilməyiblər. Ölkəsi barədə bu qədər dar düşüncəli bir gəncin valideynlərinin qiymətini bilməsi də xeyli şübhəlidir. Deməli, onlar heç özləri üçün də xeyirli övlad yetişdirə bilməyiblər. Çox yazıq…Mənbə: ANSPRESS

SƏRİYYƏ ƏLİYEVA KİMDİR - ƏTRAFLI BURADA

SƏRİYYƏ BDU-YA NECƏ DAXİL OLUB - ƏTRAFLI BURADA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı