Sərnişin avtobusu qəza etdi - Xəsarət alanlar var

Sərnişin avtobusu qəza etdi - Xəsarət alanlar var
SOSİAL
18:11 15.06.2026
414
Bakı-Gəncə avtomobil yolunda sərnişin daşıyan avtobus qəza edib. 

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hundai”  markalı avtomobil "Range Rover” markalı maşına arxadan çırpılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əli Süleymanov, 2024-cü il təvəllüdlü Əsgər Süleymanov, və 2019-cu il təvəllüdlü Mələk Süleymanova və 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. 

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

 


OXŞAR XƏBƏRLƏR