Sərnişin avtobusunun mağazaya çırpılması ilə bağlı - RƏSMİ MƏLUMAT

Sərnişin avtobusunun mağazaya çırpılması ilə bağlı -  RƏSMİ MƏLUMAT
Bütün Xəbərlər
12:02 05.12.2013
969
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda sərnişin avtobusunun qəza törətməsi ilə bağlı məlumat yayıb.

AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda “Daewoo” markalı avtobusla “QAZ” markalı minik avtomobili toqquşub. Nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılaraq deformasiyaya uğrayıb, sürücüsü isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 08:01-də başa çatıb.

OXŞAR XƏBƏRLƏR