Bakıda avtobus sürücülərinin özbaşınalığı haqqında çox yazmışıq. Zaman-zaman onların yol hərəkəti qaydalarına məhəl qoymadan istədikləri kimi hərəkət etdikləri barədə söz açmışıq. Belə bir özbaşınalıq halı ötən gün qeydə alınıb. Milli.Az xəbər verir ki, yerli mətbuatda yol hərəkətinin əksinə gedən avtobusun görüntüləri yayılıb.