Ukraynada Xarkov aeroportunda "Boinq 777" tipli sərnişin təyyarəsi ilə Moskvaya uçan An-26 təyyarəsi toqquşub.
Axar.az Gazeta.ru-ya istinadən xəbər verir ki, hadisənin səhər saatlarında olduğu bildirilib.
Toqquşma nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.