Sərnişinlərə şad xəbər

Sərnişinlərə şad xəbər
Bütün Xəbərlər
10:49 26.12.2014
1168
Gələn ildən Bakıda köhnə sərnişin avtobusu qalmayacaq.Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun ANS PRESS -ə verdiyi məlumata görə, gələn ildən paytaxt mərkəzində, eləcə də, kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da yenilənəcək.“Hazırda paytaxtda 2000-ə yaxın sərnişin avtobusu xidmət göstərir. Onların 70 faizi yenidir. Çoxu da, “Daewoo” markalı avtobuslardır. Bu ilin sonunda Bakıya 50 ədəd Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar gətirildi və istifadəyə verilib. Gələn il də qalan 30 faiz köhnə avtobuslar yenilənəcək. Əsasən kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da tamam yenilənəcək”, - deyə Əmrah Cəfərov bildirib.
OXŞAR XƏBƏRLƏR