Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO

Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
SOSİAL
10:16 11.09.2026
56
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Şərur rayonunun, İbadulla kəndində yardımçı tikililin üzərinə yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

Yanğın hadisəsi nəticəsində 1300 ot bağlaması, sahəsi 100 m² və 40 m² olan 2 yardımçı tikilinin (tövlənin) dam örtüyünün yanar konstruksiyaları yanıb, içərisindəki 9 baş iribuynuzlu heyvan tələf olub. 300 ədəd ot bağlaması, ümumi sahəsi 16 m² olan digər 2 yardımçı tikili və sahəsi 325 m² olan fərdi yaşayış evi yanğından mühafizə olunub.
 
///apa.az///
 



OXŞAR XƏBƏRLƏR