Sərxoş kişi gəlini qucaqladı, oğlan-qız evi arasında dava düşdü – ‘Palatka’ toyunda dava

Sərxoş kişi gəlini qucaqladı, oğlan-qız evi arasında dava düşdü –  ‘Palatka’ toyunda dava
Bütün Xəbərlər
10:24 06.05.2014
3784

Ötən həftə Bakının Binəqədi rayonunda keçirilən “palatka” toyunda kütləvi dava düşüb.

AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, kütləvi dava paytaxt kəndlərinin birində keçirilən toyda baş verib. Belə ki, kənddə toy şənliyi adət etdiyimiz kimi şadlıq sarayında deyil, VİP çadırda təşkil olunub. Qədim adət-ənənələrinə söykənən toy sahibləri bəylə gəlin üçün çadırda xüsusi kürsü düzəldiblər.

Toy həm şən, həm də yeməklərin bolluğu ilə seçilirdi. Toyun sonuna yaxın, tamada bəylə gəlinin şərəfinə yallı oyun havası sifariş verib. Rəqsə bəylə gəlin də dəvət olunub. Oyunun şirin yerində gəlinin qohumlarından biri içkili vəziyyətdə aranı qarışdırıb. Sərxoş şəxs rəqsi yarıda saxlayıb və gəlinin üstünə cumub. Həmin şəxs gəlini qucaqlayıb və ürək sözlərini dümək istəyib. Bu hərəkət bəyin xoşuna gəlməyib və həmin şəxsi itələyib. Bəyin qəfil hərəkətindən müvazinəti saxlaya bilməyən həmin şəxs üzü üstə yıxılıb.

Orta yaşlı şəxsin bu vəziyyətə düşməsindən əsəbləşən sərxoşun yaxınları bəyin üstünə hücum çəkiblər. Bəyin gəlinin qohumları tərəfindən döyüldüyünü görən oğlan adamı işə müdaxilə ediblər. Davanın miqyası böyüyüb.

Aranı sakitləşdirmək üçün ağsaqqallar işə qarışıb. Bəyi kütlənin əlindən alıblar. Bəylə gəlini çadırdan çıxarıblar. Sərxoş şəxsləri isə sakitləşdiriblər.

Hadisə şahidlərinin sözlərinə görə, bir neçə şəxs tərəfindən döyülən bəyə ilkin yarıdm göstərilib. Sonradan yeni ailə həyatı quran cütlük evlərinə yola salınıb. Hadisə yerinə polis gəlməmiş ara sakitləşdirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
14:12 20.09.2025
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
12:33 20.09.2025
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
Ukrayna Saratov neft emalı zavoduna dron hücumu edib
12:31 20.09.2025
Ukrayna Saratov neft emalı zavoduna dron hücumu edib