'Səssiz ölüm' bu dəfə 14 yaşlı yeniyetmənin canını aldı
Bütün Xəbərlər
09:04 23.01.2013
990
Son zamanlar ölkədə dəm qazından ölüm halları çoxalıb. Gün ərzində dəm qazı ən azından bir nəfərin canını alır. “Səssiz gələn ölüm” kimini yatdığı yerdə, kimini də vanna otağında yaxalayır. Bu dəfə isə dəm qazı 14 yaşlı, IX sinif şagirdi Əlirəhman Qurbanlının həyatına son qoyub. O da sinif yoldaşları kimi bu gün səhər durub dərsə gedəcəkdi. Amma çox təəəssüf ki, yaxınları onu bu gün məktəbə yox, son mənzilə yola salıblar.Heç kimin ağlına gəlməzdi ki, Əlirəhman 10 dəqiqənin qurbanına çevriləcək. Anası onun həmin gün duş qəbul etməsinə qarşı olsa da, Əlirəhman fikrindən daşınmayıb. Elə hadisə də onun vanna otağına daxil olmasından bir neçə dəqiqə sonra baş verib. Valideynləri isə hadisədən xəbər tutanda, artıq gec olub. Təcili yardım köməyə gəlsə də, artıq həyat Əlirəhman üçün sona çatmışdı.Qonşularının, tanışlarının sözlərinə görə, Əlirəhmanın ölümü onlarda şok effekti yaradıb.