Sevda Yahyayevanı kim ağlatdı?

Sevda Yahyayevanı kim ağlatdı?
ŞOU-BİZNES
18:24 03.06.2011
1871


Bu haqda açıqlama verən Sevda təmkin nümayiş etdirib, əsəblərini cilovlasa da, kövrəlib göz yaşlarına hakim ola bilmədi:

“Sabah mənim solo konsertimdir. Bilirəm ki, mətbuatda çıxan yazılar sifarişlə yazılıb. Allah göydən baxır. Niyə kimisə vurmaq bu qədər xoşdur? Niyə axı kiminsə yolunu bağlamağa, qaralamağa çalışrlar”.

Sevda iddia edir ki, yazını sifariş verən onun daha əvvəllər dost olduğu şəxslərdir:

“Onlarla çalışan jurnalist yazıb ki, Sevda Yahyayevanın konserti təxirə düşüb. Bilet satılmayıb. Nə bilim daha nələr. Allahla danışsın. Niyə yalandan deyirsiniz? Axı mənim biletlərim satılıb. Qoy onu deyən adamlar gedib konsert olacağı restorana baxsınlar. 600 nəfərlik yerdir. Onun 500 bileti satılıb. Qalanı isə dəvətnamədir.

Hələ konsert sabahdır. Mən ora necə həvəslə hazırlaşıram (göz yaşlarını saxlaya bilmədi). İndi saytlar yazır ki, konsert təxirə düşüb. Niyə belə edirlər axı, niyə? Allahın adına and olsun, biletlər satılıb. Sabah konsertə gəlsinlər. Öz gözləri ilə görsünlər ki, mənim biletlərim satılıb.

Onlar deyirlər ki, bu şou-prorqamdır. Qoy gəlib görsünlər, bu şou-proqramdır, yoxsa mənim konsertim? Mən iki saat səhnədə olacam. Mənim ürəyim kimi istəyirsə, hansı müğənnini məsləhət görürəmsə, onu da cağırıram konsertdə. Restoran şou-proqram etmir. Burada mənim konsertimdir deyə, istədiyim adamlar olacaq.

Yalandan deyirlər ki, araşdırıblar, xəbər restorandan verilib guya. Hardan araşdırıblar bu yalan məlumatı? Mən zəng edib restorandan soruşmuşam ki, bu açıqlamanı kim verib? Hamısı and içir ki, bizə heç kim zəng vurmayıb. Mən bilirəm ki, bu sifarişli işdir. Jurnalist kimlərlə çalışır, onlar ediblər. İnsanın üzünə gülüb, arxasında belə işlər görməsinlər. Mən heç kimə qarşı pis olmamışam. 100 cür söz dedilər. Haqqımda danışdılar. Susdum, heç bir söz demədim. Amma bu qədər də olmaz”.

Qeyd edək ki, may ayının 31-i paytaxt restoranlarının birində Röya ilə Rəhim Rəhimlinin duet konserti baş tutub. Sevdanın Röya ilə aralarının dəyməsinə baxmayaraq, Röya Sevdanı konsertinə dəvət edib. Sevda isə böyük məmmuniyyətlə kosertdə iştirak edib:

“Vallah, mən bilmirəm bu nə deməkdir. Hər kəsə inanıram. Röya da, Rəhim də məni şəxsən konsertə dəvət etdilər. Mən də gedib orada oxudum. Ürəklə işirak etdim. Özümü dartmadım. Düşündüm ki, insanıq da, aramızda hər şey ola bilər. Axı mən hər kəsə hörmətlə yanaşıram”.

Sevda iddia edir ki, onun Röyanın konsertində iştirak etməsi belə oyun imiş:

“Bu jest camaatın gözündən pərdə asmaqdır. Belə edirlər ki, bu cür söhbətlər hər yerə yayılanda desinlər ki, bizlik deyil. Bəyəm mən uşağam? Olan şeyi desələr, adamı yandırmaz. Axı bu boyda yalan olmaz. İnsan Allahla danışar. Olmayan sözü deyəndə, adam yanıb tökülür. Axı mən o cür hazırlıq görürəm. Niyə belə edirlər axı. O 500 nəfər mənə görə gəlir. Axı anonslarda Sevda Yahyayevanın reklamı gedir, şou-proqramın yox”.

Sevda yenidən kövrələrək bu işi görənlərə üz tutdu:

“Axı siz də mənim kimi başlamısız. İndi niyə məni vurursunuz? Mən dəqiq bilirəm ki, bu, onların işidir. Sən vumadın, mən yıxılmadım. Bəs kim etdi? Jurnalist kimlə işləyir? Mənlə işləmir ki. Niyə belə edirsiniz axı. Mən heç kimə pislik etməmişəm”.

/// milli.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq