Noyabrın 7-də bulvarda özünü dənizə atan şəxslə bağlı maraqlı məqam üzə çıxıb.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, həmin gün axşam saatlarında park ərazisində özünü dənizə atan 30 yaşlı Fariz Müslümov (ad və soyad şərtidir) bunu sevdiyi qadına görə edib.
Məlum olub ki, F.Müslümov qeyri-rəsmi nikah münasibətində olduğu qadının onu atmasından sonra sarsıntı keçirib. Sevdiyi qadının daha onunla yaşamaq istəmədiyini görən şəxs çıxış yolunu özünü dənizə ataraq intihar etməkdə görüb.