Sevdiyi qızın başqası ilə nişanlamasına dözməyən oğlandan qəribə hərəkət

MARAQLI
13:37 04.08.2021
1636
Sevdiyi qızın nişanlandığını öyrənən oğlan əsəbini qızın nişanlısının maşınına töküb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qəribə olay Aksaray bölgəsində baş verib.

Belə ki, gənc qızın nişanlısına məxsus "Volkswagen" markalı avtomobilin park edildiyi yerə gedərək özü ilə gətirdiyi dəmir parçası maşına zərər verib. Avtomobilin şüşələrini sındırıb, təkərlərini deşib, daha sonra hadisə yerindən qaçıb.

Şahidlərin məlumatından sonra hadisə yerinə polis əməkdaşları gəlib.
 
Hadisə ilə bağlı araşdırmalar aparılır.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR