"Sevənlərim üçün yenidən ayaqdayam!" - Xatun

MAQAZİN
12:37 08.06.2021
488
Qardaşının ölümündən sonra səhnələrdən uzaq düşən məşhur müğənni Xatun Əliyevadan xəbər var. 

AZXEBER.COM xəbər verir ki, müğənni yenidən səhnəyə qayıtdığını açıqlayıb. O, yeni fotolarını paylaşaraq bu sözləri yazıb.

"Həyat və səhnə arasında elə sıx bağlılıq var ki. Hər ikisi imtahanlarıyla sınağa çəkər səni. Yüksələrsən, büdrəyərsən, əziyyət çəkərsən, bəhrəsin görərsən, bir anda itirərsən, çökərsən... AMMA davam edərsən, davam etməlisən!...
 
Yenidən ayağa qalxmaq asan olmadı. "Onsuz” davam edə bilməsəm də, elə öncə "onun” üçün yenidən dikəlmək və davam etmək qərarımdı. Əminəm ki, "onun” yoxluğuna, ağrılarına səhnədə və sənətdə sizin sevginiz mənə məlhəm olacaq. Ona görə də, sizə, səhnəyə geri qayıdıram! "Onun” üçün, sevənlərim üçün yenidən ayaqdayam! Yenidən sizə qayıtmışam!!! "

Qeyd edək ki, müğənni səhnəyə "Acı" adlı mahnı ilə geri dönüş edəcək.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR