Etibar HüseynovMillət vəkiliMəsəl var deyiblər ki , " sağaldı hər yaramız, qaldı saqqal darağımız". İndi bir qrup ziyalının, millət vəkilinin dövlət başçısına 30 iyunu "Sevgililər günü" elan edilməsiylə bağlı müraciət etməsini oxuyanda ilk yadıma düşən də elə bu atalar sözü oldu. Həmin şəxslərə, onların mövqeyinə də hörmət və ehtiramımı billdirməklə bərabər öz fikirlərimi də sərgiləmək hüququm olmasəndan da istifadə etmək fikrindəyəm.****Əvvəla mən bilən dünyanın heç bir ölkəsində "Sevgili günü" rəsmi olaraq qeyd olunmur. (Sevginin də günü olar?-E.H ). Lap tutaq ki, haradasa qeyd olunur. Bundan bizə nə. Bu günkü halımızda "Sevgililər günü" keçirmək haramıza yaraşır ? İlboyu Qarabağ, müharibə, qeyrət cağrışı edən dostlarımın birdən-birə sevgi sevdasına düşməsini də heç cürə anlamıram. Bəli dünyanın bir-çox ölkələrində bir-sira qeyri adi, məzəli-əyləncəli günlər keçirilir. "Öpüş günü", "qucaqlaşma" və s. Müqəddəs Valentin günü kimi tanınan "Sevgililər günü" də bu qəbildən olan qeyri-ciddi, əyləncəli günlərdən biridir. Ayrı heç nə. Onu da heç kəs bizə güclə siramayıb. Və azad ölkələrdə də kimlər istəyirsə bu günü öz sevgilisiylə qeyd edir, istəməyənlər də yox. Amma biz istəyirik ki, ölkədə "Sevgili günü" mütləq və rəsmən olsun. Özü də bunu kimin adıyla bağlamaq istəyirik- İlhamla Fərizənin - Azərbaycanın qəhrəmanlq simvollarından olan şəxslərin adıyla.****Bəlkə də məni qınayacaqsınız. Amma mən Fərizənin atdığı addıma-yəni özünə və bətnindəki məsum körpəyə qıymamasına heç vaxt bəraət verməmişəm və indən belə də bu fikrimdə qalacağam. Və burada hətta müqəddəs kitabımızda belə İntihar etmənin Allah qarşısında ən böyük günahlardan olmasını da qırağa qoyuram. Bəlkə səhv edirəm ? Kim haqq qazandırır Fərizənin addımına?..- atası , anası, bacı və qardaşları..? bəlkə İlhamın əziz və yaxınları.? Varmı bu hərəkəti bəyənib dəstəkləyən? Yoxdur. Bəs elə isə nədən heç kəsin bəyənmədiyi bu hərəkət simvollaşdırılmalı, bir nümunə, örnyə cevrilməlidir? Biz gənclərimizə nəyi aşılayiriq? Sevgilin dünyasını dəyişdi-sən də özünü öldür-hətta bətnində məsum bir cocuq olsa belə- tendensiyasınımı?Fərizənin addımına bəraət yoxdur. Bu bir faciədir. Hamımızın icini yandıran milli faciə. Ayrı heç nə. Qüsurlu müqayisə aparacam. Amma elə bir həftəmiz varmı ki, xəbərlərdə sevgilisinə görə özünü asan, dənizə atan, damarlarını doğrayan kəslər haqda informasiyalara rast gəlməyəsən. İndi onları da bütə çevirib, simvollaşdırmalı, gənclərə örnəkmi göstərməliyik.?*****Mənim aləmimdə İlham qəhrəmanlıq, Fərizə sədaqət rəmzidir. Onlar Şəhidlər xiyabanının "yaraşığı"dır. 20 yanvar adı cəkiləndə də gözümüz önündə ilk olaraq onlar canlanır. Allah xatirinə gəlin onları həmin ali zirvədən, adi bir sevgili səviyyəsinə endirməyək. Və sizi inandırım ki, hətta bu gün 30 iyun sevgililər günü kimi elan olunsa belə, bir neçə ildən sonra hamımız-başda İlhamla, Fərizənin yaxınları və bu təşəbbüsü irəli sürənlər də daxil, buna peşiman olacayıq. Niyəsini deyim. Amma səmimi olaq . Lap tutaq ki, sevgililər günümüz oldu. Nə baş verəcək ki ? Guya ki, bundan sonra 30 iyunda Azərbaycan gəncliyi əl-ələ verib, dəstə-dəstə Şəhidlər xiyabanına axışıb İlhamla- Fərizənin məzarı önündə anım günü keçirəcək. Və yaxud da ki, bir cox ailə həyatı quran təzə bəylə gəlin onların qəbri başında sədaqət andı içəcəklər? Özünüzü və məni güldürməyin siz Allah. Sizdən soruşuram; Sonuncu dəfə Şəhidlər xiyabanında nə vaxt bəy-gəlin cütlüyünə rast gəlibsiniz? Amma orta və yaşlı nəslin nümayəndələrinin yaxşı yadındadaır ki, indiki "Sahil" keçmiş "26-lar bağı"nda toyu olanlar az qala ziyarət üçün növbəyə dayanırdılar. Yoxsa düz demirəm? Düz deyirəm. Və ardınca da nə qədər acı da olsa başqa bir düz söz deyəcəyəm.****