Sevgilisindən ayrıldığına görə özünü öldürmək istədi

Sevgilisindən ayrıldığına görə özünü öldürmək istədi
Bütün Xəbərlər
12:29 23.06.2014
802
Vətəndaş nikahında yaşadığı qadın ondan 12 yaş böyük olub.
Keçən bazar Bakının Xətai rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. Gənc adam 08.00 radələrində general Şıxlinski küçəsində yerləşən 16 mərtəbəli binanın damına çıxıb.
Bu barədə Xətai rayon Polis İdarəsindən bildiriblər.
1990-cı il təvəllüdlü şəxs özünü atmaq üçün uzun müddət hazırlaşıb. Bu müddət ərzində hadisə yerinə 35 saylı polis bölməsinin əməkdaşları və FHN-nin xilasediciləri gəlib.
Uzun çəkən danışıqlardan sonra nəhayət ki, o, həyatdan getmək fikrindən dönərək aşağı enib.
İlkin istintaq zamanı aydın olub ki, həyatı ilə vidalaşmaq istəyən şəxs əslən Qəbələdən olan Orxan Mətləb oğlu Məmmədovdur. O, bu addımı vətəndaş nikahında yaşadığı 36 yaşlı İ.Kərimovanın onu atması ilə əlaqələndirib. Məmmədov onu çox sevdiyini söyləyib. Bu yolla o, sevgilisini geri qaytarmağı düşünüb.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR