Sevgilisini öldürüb, qardaşını da yaralayan şəxs həbs olundu

Sevgilisini öldürüb, qardaşını da yaralayan şəxs həbs olundu
Bütün Xəbərlər
09:00 09.06.2011
1710

İsmayıllı rayonunda 2 uşaq anasını qətlə yetirən sevgili həbs olundu. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Xanlar Məmmədovdur. O, qətli ötən ay törətsə də, bu vaxta kimi istintaqdan gizlənməyi bacarıb. 

Qətl hadisəsinə gəlincə, qanlı hadisə mayın 11-də Cəlil Məmmədquluzadə küçəsi, 7 ünvanında törədilib. Həmin ünvanda yerləşən evdə yaşayan 39 yaşlı Dilarə Vəliyevaölmüş, 54 yaşlı qardaşıƏləkbər Vəliyev isə yaralı vəziyyətdə aşkar edilib.

Qanlı hadisə qısqanclıq zəminində törədilib. Əvvəllər ailəli olan Dilarə Vəliyevanın təxminən 10 iləvvəl həyat yoldaşı rəhmətə gedib. Sonra qeyri-rəsmi olaraq bir nəfərlə yaşayırmış. Lakin bir müddət əvvəl onunla da əlaqəni kəsərək 2 uşağı ilə Bakı şəhərinə gəlib. Mərhum hadisədən bir günəvvəl İsmayıllı rayonuna qonaq gedibmiş. Onun elə qeyri-rəsmi yaşadığı kişi tərəfindən öldürüldüyü müəyyən edilib. Mərhumun qardaşı hadisə vaxtı evdə olduğundan həmin şəxs onu da yaralayıb. 
Polis əməkdaşları X.Məmmədovu ötən gün tutaraq istintaqa təhvil veriblər. 

Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) və qəsdən iki və ya daha artıq şəxsi öldürməyə cəhd (29, 120.2.7-ci) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.


OXŞAR XƏBƏRLƏR