“Sevil” massivi ilə bağlı işdə Turanın da adı hallanır

“Sevil” massivi ilə bağlı işdə Turanın da adı hallanır
Bütün Xəbərlər
12:48 05.08.2014
5927
Bu reklam ATV-nin efirində aparıcının əlaqələri hesabına ayaq açıb.
Minlərlə insanın ev almaq istəyini gözündə qoyan “Sevil” MMC tikinti şirkəti ilə bağlı araşdırmalar davam edir.
AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Sevil” MMC və şirkətə məxsus yaşayış massivini möhürləyərək qapadandan sonra minlərlə müştəri biçarə durumda çıxış yolu axtarır. Onların bir çoxu baş verənlərdə ATV kanalını da suçlu bilir.
Bu da səbəbsiz deyil. “Sevil” MMC-nin ən sərfəli şərtlərlə tikinti həyata keçirməsini sürəkli şəkildə reklam edən məhz bu kanal olub. “Sevil”ə üz tutanların böyük əksəriyyəti ən sərfəli şərtlərlə ev almaq arzularını gerçəkləşdirə biləcəklərini ATV-dən eşidiblər, ora gedib müqavilə bağlayıblar. İndi isə şirkət bağlanıb, minə yaxın vətəndaşın böyük pulları əllərindən çıxıb. Onların əli “Sevil” MMC-nin rəhbərinə çatmır - Aynur Zeynalov 3 ay müddətinə həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. Qalır ATV.
Bu telekanalda “Sevil” MMC-nin reklamını təqdim edən Turan İbrahimov olub. Bu səbəbdən də “Sevil” müştəriləri onu suçlu bilirlər. Hər gün yüzlərlə müştəri israrla telekanala zəng edib “yalançı reklam” hesabına aldadıldıqlarını, böyük paralarının əllərindən bu yolla alındığını deyirlər.
Aldığımız məlumata görə, “Sevil” MMC-nin reklamı ATV efirinə Turan İbrahimovun əlaqələri hesabına ayaq açıb. Hazırda bu məsələnin Vergilər Nazirliyi tərəfindən araşdırılması xəbəri də var.
Qeyd edək ki, iyulun 25-də Baş Prokurorluq “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalovun və həmin kooperativin direktoru Elçin İsmayılovun həbsi haqda məlumat yayıb. Həmin məlumatda bildirilir ki, A.Zeynalov və digərləri qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar.
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Şirkətin yaşayış massivi salacağı ərazinin də qanunsuz əldə olunması da rəsmi məlumatda bildirilib.
Hazırda “Sevil Massivi” MTK-da tikinti və satış işləri dayandırılıb, törədilmiş cinayət nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın müəyyən edilərək onların hüquqlarının bərpa olunması, eyni zamanda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməklə istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam etdirilir.
Xatırladaq ki, adıçəkilən MTK-nın işlərinin düyünə düşdüyü, alıcıların aldadıldığı və kooperativ rəhbərinin həbs edilməsi barədə ilk olaraq “Yeni Müsavat” qəzeti yazmışdı. Ancaq məlumat MTK-nın məsul işçiləri tərəfindən israrla təkzib olunurdu.
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
12:27 27.06.2025
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
12:22 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
12:16 27.06.2025
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Sabah 37 dərəcə isti olacaq
12:12 27.06.2025
Sabah 37 dərəcə isti olacaq
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub