Sevil Sevinc "Arxamızda heç kim dayanmayıb”
AZXEBER.COM–un müsahibi Azərbaycanın ən məşhur
əkizləri müğənni Sevil və Sevinc Səfərovadır.
-Tez-tez tənqid olunan məşhurlardansız. Bəzi məşhurlar təndiqlərə sərt reaksiya verir. Maraqlıdı bəs siz tənqidi necə qarşılayırsız?
-Tənqidləri hər zaman normal qəbul
edirik. Bəzən də tənqidləri aşırı dərəcədə edirlər. Amma 2-3 il öncəyə olsaydı,
tənqidləri görəndə oturub ağlayardım. Amma hazırda düşünürəm ki, bizi bu qədər
tamaşaçı izləyirsə, demək ki, medianın diqqətində olmalıyıq. Sevildiyimiz kimi
bizi sevməyənlər də olacaq. Biz hələ ki, müğənni və aparıcı kimi tam peşəkar
deyilik. Amma bu sahəyə hədsiz dərəcə həvəsimiz var. Biz sevdiyimiz işlərlə ailəmizi
dolandırırıq. Bizi tənqid edən jurnalistləri də yaxşı başa düşürəm. Hətta sevinirəm
ki, bizi geyimimizlə də tənqid edirlər.
- Milli Televiziya və Radio Şurası (MTRŞ) tez-tez efirdə olan aparıcılarla bağlı iradlarını bildirir. Bəzən ad çəksələr də, çox vaxt ümumi açıqlamalar verirlər. O deyilən iradları özünüzə götürürsüz?
- Demək
olar ki, iradların hamısını diqqətlə oxuyub ondan nəsə nəticə çıxartmaq istəyirik.
Ən əsası rus dili danışmaqla bağlı irad deyəndə çalışırıq onu aradan qaldıraq.
Efirdə rahat olmağı çox sevirəm. Hardasa zarafat edərəm amma aşırı dərəcədə
olmaz. Hər zaman bu kimi açıqlamaları açıb, tez oxuyuruq. Nəyisə öyrənməkdən çəkinmirik.
Bizim ilk verilişimizə baxsaz bu gün ilə fərqi görə bilərsiz. Əvəllər efirdə
qonaqlara sözü açıq rahat deyə bilmirdim. Nəsə deyəndə qorxub, çəkinirdim, birdən
kimsə mənə sərt cavab verər. Amma indi heç nədən çəkinmirəm.
- Bildirdiz ki, efirdə artıq açıq sözlüsüz. Sizdə bu qədər özünəgüvən hissini yaradan nədir?
- Tam səmimi deyə bilərəm ki, arxamızda heç kim
dayanmayıb. Bu gün tamaşaçılara, yazılan rəylərə və ən nəhayət özümüzə güvənirik.
Ara-sıra Tolik mənə deyirdi ki, "Kiminsə keçmiş qaranlığı varsa , o nəyisə deməyə
çox qorxur. Həyacan keçirir. Bugünki gündə çox şükür ki, keçmişdə qaranlıq, tərbiyəsiz
heç nə görməmişəm ki, kimdənsə də qorxum. Özgüvən də məhz bundan qaynaqlanır.
- Bəzən keçmişdə çalışdığınız işlərlə bağlı sizi lağa qoyub, sərt tənqid edirlər.
- Bizə deyirlər ki, siz kim olmusuz Satıcı
olmusuz və ya ofisiant işləmiz də. Bunlardan heç də utanmırıq. Sabah bu sənətdən
uzaqlaşıb ailə qurum, həyat yoldaşım kasıb olsun. Mən yenə də gedib, satıcı işləyə
bilərəm, bundan da çəkinmərəm. Satıcı işləmək ayıb iş deyil.
- Tez-tez sosial şəbəkədə keçmiş görüntülərinizi yayırlar. Ən çoxda estetik əməliyyatdan sonra çox dəyişdiyiniz hiss olunur.
- Biz bunu efirdə də müzakirə edirik. Deyirlər
ki, bizim estetik əməliyyatımızdan danışırlar, bəs özlərindən niyə danışmırlar.
İnan Allaha mən o vaxtımdan utanmıram.
İndiki vaxtım da mənə xoşdur. Hələ ara-sıra keyfimiz olmayanda onlara baxıb,
gülürük. Hərdən də digər həmkarlarımızın da keçmiş görüntülərin baxırıq (gülürlər).
Hətta bəzən fikirləşirik ki, burada çox şirin düşmüşük.
- Amma son olaraq bir məşhuru estetik əməliyyat etdirdiyinə görə efirdə ağlatdız...
- Söhbət yəqin Nazənin xanımdan gedir. Onu da
vallah biz etməmişik. Nazənin xanımın xətrini çox istəyirik. Baxmayaraq ki,
onlar bizə düşman kimi baxırlar amma biz onların övladları yaşındayıq. Sadəcə
sujet getmişdi və sujetin içərisində ən çox əməliyyat olunan məşhur kimi qeyd
etmişdilər. O sujetə də biz cavabdehlik deyilik. Verilişin aparıcısı biz
olduğumuz üçün iradlarını bizə deyirlər. Onu da üzümüzə demirlər, gedib
orda-burda danışırlar. Videolarımızı qoyurlar və deyirlər ki, özünüzə baxın nə
gündə olmusuz (gülür).
- Bəlkə də açıq sözlü olmanızdan qorxub iradı özünüzə demirlər.
-Yox, qorxmurlar. Özümə desələr deyəcək ki,
veriliş özümüzün deyil. Müəyyən vaxt gəlib işimizi görüb gedirik. Sadəcə adamın
üzərində məsuliyyət olur.
- Efir hərəkətlərinizə görə sizdən küsənlər yəqin ki, olub. Onların adını açıqlaya bilərsiz?
Saymaqla bitməz. Misal üçün Röya Ayxan, Abbas
Bağırov, Zamiq Hüseynov, Nadir Qafarzadə. Ən böyük davamız təzə-təzə vaxtlarda
Zamiqlə olub.
- Səmimi müsahibəyə görə təşəkkürlər...
- Maraqlı suallara görə biz də sizə təşəkkür edirik.
Nazim Qasımzadə,
AZXEBER.COM