""Sevilya"ya qalib gəlmək iddiamız olmasa, heç oyuna da çıxmarıq” - Xayme Romero

""Sevilya"ya qalib gəlmək iddiamız olmasa, heç oyuna da çıxmarıq” - Xayme Romero
İDMAN
14:20 19.09.2019
4429
"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero "Marca" qəzetinə müsahibə verib.

AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"a asan uyğunlaşdığını deyib:

"Qarabağ"a adaptasiya prosesim çox asan oldu. Əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Uzun illərdir burada oynayan Miçel və Dani Kintana mənə çox kömək edir. Baş məşqçimiz Qurban Qurbanov məni bir neçə il əvvəl transfer etmək istəyirdi. Ancaq o vaxt bu, mümkün olmadı. Bu il mənimlə əlaqə saxlayıb yaxşı təklif göndərdilər. 3 illik müqavilə təklifi və Avropada oynamaq imkanı mənə yaxşı stimul oldu".

İspaniyalı futbolçu "Qarabağ"dakı şərait barədə danışıb:

"Hər kəslə münasibətim yaxşıdır. Komandada oynamaq üçün hər bir şərait var. Bu qaydada davam etmək üçün çalışıram. "Qarabağ" fantastik şəraiti olan, futbolçunu hər şeylə təmin edən klubdur. Altı il ardıcıl Avropa Kuboklarında iştirak etməsi təsadüfi deyil. Çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Buradakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədir. Bizim içində oteli, istirahət edə biləcəyimiz otaqları və mükəmməl meydançası olan bazamız var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdir. Uzun müddətdir klubun çalışdırıcısıdır. O, burda hər şeyi dəyişib, çempionluqlar qazanıb, komandasını Avropaya çıxarıb".

Romero "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib: "Komanda hal-hazırda qrupdan çıxmaq barədə fikirləşir. Bizim bunun üçün yaxşı imkanımız var və düşünürəm ki, növbəti mərhələyə çıxacağıq".

Xayme "Sevilya" ilə görüşün çətin keçəcəyini deyib:

"Bu il "Sevilya"nın oyunlarına baxmasam da, bilirəm ki, keyfiyyətli heyətə sahib böyük komandadır. Hazırda İspaniya çempionatının birincisidir. "Sevilya" bu mövsüm Avropa Liqasının qazanmağa iddialı olan komandalardan biridir. Evdə oynayırıq və həmişə olduğu kimi qələbə qazanmağa çalışacağıq. Əgər "Sevilya"ya qalib gəlmək iddiamız olmasa, heç oyuna da çıxmarıq. Qalib gəlmək haqqında düşünmürsənsə, niyə oynayırsan? Biz hücumameyilli komandayıq. Həm topa sahib olmağa, həm də yaxşı müdafiə olunmağa çalışacağıq. Həmişə olduğu kimi, təhlükəli epizodlar yaratmaq və kollektiv oyun sərgiləmək üçün mübarizə aparacağıq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq